Əlbəttə, bu böhrandır - və böyük böhran. Bu, ABŞ konstitusiya sisteminin bir çox cəbhələrdə dağıldığını göstərən daha bir əlamətdir.
BUTA.TV xəbər verir ki, bunu amerikalı siyasi şərhçi Dan Lazar Texasda baş verən hadisələrlə bağlı bildirib.
O vurğulayıb ki, Co Bayden növbəti dəfə prezident seçilərsə, ölkə vətəndaş müharibəsinin alovlanması riski ilə üzləşəcək:
"Bunun nə qədər uzağa gedəcəyi ilə bağlı heç bir fikrim yoxdur, lakin Trampın indi federal hakimiyyət orqanlarına meydan oxumaq üçün ştatları silahlanmağa çağırması təəccüblü deyil. 248 illik respublika gözümüzün qabağında dağılır".
Hyuston Universitetinin Afrika-Amerika tarixi professoru Cerald Horn da Bayden administrasiyası ilə Texasın respublikapərəst qubernatoru arasında gərginliyin çox ciddi olduğunu deyib.
O xatırladıb ki, ABŞ-dan mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur. Bu baxımdan Horn hesab edir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək tapıb-tapmayacağını qiymətləndirməyə çalışır.
Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəkyini bildirib.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir