İran Cəkiqur sərhəd məntəqəsində hərbi qulluqçularla silahlı qruplaşma üzvləri arasında qarşıdurma olub.
BUTA.TV xəbər verir ki, bu barədə İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi məlumat verib.
Məlumata görə, Cəkiqur sərhəd bölgəsində (Sistan və Bəlucistan) sərhədçilər ilə terror qruplaşması arasında baş vermiş silahlı toqquşmada dəstə üzvlərindən biri öldürülüb, 2-si yaralanıb. Bir nəfər isə qaçmağı bacarıb.
“Ərazinin axtarışı zamanı sərhədçilər ətrafdakı qamışlıqların arasından terrorçu qruplaşma üzvünün cəsədi ilə birlikdə üç əl qumbarası və bir kamikadze jileti tapıb”, - o bildirib.
Xatırladaq ki, bu, yanvar ayı ərzində Cəkiqur sərhəd məntəqəsində baş verən ikinci silahlı toqquşmadır.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto