"Panatinaikos"un baş məşqçisi Fateh Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, insident çempionluq uğrunda mübarizə aparan komandaların Yunanıstan Superliqasının 20-ci turunun qarşılaşmasında baş verib.
Matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri səkitləşdirib.
Qeyd edək ki, Razvan Luçesku məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur.
Əlavə edək ki, PAOK 2:1 hesablı qələbədən sonra 47 xalla lider, "Panatinaikos" isə 44 xalla 3-cüdür.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto