Lerik rayonunda 60 yaşlı kişi qarlı yolda sürüşərək dərəyə yıxılıb və ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Veri-Əliabad kəndi ərazisində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü rayon sakini Fəxrəddin Məhəmmədoğlunun meyiti bu gün kənddən bir qədər aralıda dərədə aşkarlanıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb.
Yaxınlarının bildirdiyinə görə, mərhum dünən səhər evdən çıxıb və geri qayıtmayıb. Bu gün səhər ərazidən keçənlər yol kənarında sahibsiz bazarlıq torbaları görüblər. Məlum olub ki, sahibi yoldan dərəyə yıxılıb. Onun donmuş cəsədi tapılıb.
Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Fakt üzrə Lerik Rrayon Prokurorluğunda araşdırma aparılır.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto