Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tibb müəssisəsində rentgen-müayinə fəaliyyətini dayandırıb.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Sanator-Kurort Reabilitasiya Mərkəzində keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto
- Baş nazirdən Kərim Kərimovla bağlı qərar
- Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi
- Tiktoker Müjgan həbs edildi
- Prezidentlə xanımı Qırğızıstana getdi
- Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi
- Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır