Zelenski riskə gedir: “yeni taktika” genişlənir

11:28 - 30 Yanvar 2024 - GÜNDƏM

 Zelenski riskə gedir: “yeni taktika” genişlənir

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin gedişatını dəyişmək və ölkə daxilində siyasi mövqeyini qorumaq üçün böyük risklərə gedir. Buna görə də Ukraynanın Rusiya daxilindəki hədəflərə hücumları daha tez-tez olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Taym” nəşri yazıb.

“Rusiya rəsmilərinə qarşı sui-qəsdlər, eləcə də işğal olunmuş Krıma və Rusiyanın hərbi və iqtisadi infrastrukturuna PUA və raket hücumları artıb. Bundan əlavə, Kerç körpüsünə yeni hücumlar baş verə bilər. Bu da öz növbəsində Rusiyanın Ukrayna şəhərlərinə daha intensiv hücumlarına səbəb olacaq. Bu hücumlardan hansısa biri NATO-nu birbaşa münaqişəyə cəlb edəcək. Nə Rusiya, nə də NATO belə bir genişlənməni istəyir, lakin müharibələr öz həyatlarını yaşayır”, - nəşr bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol