İrəvanda Rusiya bayrağı təhqir edildi – Fefilov müraciət yaydı

12:18 - 30 Yanvar 2024 - GÜNDƏM

 İrəvanda Rusiya bayrağı təhqir edildi – Fefilov müraciət yaydı

Ermənistandakı Rus Evinin rəhbəri Vadim Fefilov İrəvanda Leninqradın mühasirəsi zamanı həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəyə qarşı hörmətsizlik hadisəsi ilə bağlı Ermənistan baş prokuroruna müraciət edib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.

“İkinci Dünya müharibəsi hadisələri əsasında etnik ədavətin qızışdırılması və zorakılığa çağırışlar qəbuledilməzdir. Baş verənlərə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir.

Yanvarın 27-də vətəndaş Samvel Şirinyan nümayişkaranə şəkildə Rusiya Federasiyasının bayrağını simvollaşdıran lentləri ayaq altına atıb, cırıb, əklilləri yıxıb, Rusiyaya qarşı təhqiramiz şərhlərlə müşayiət olunan videonu sosial şəbəkəsində paylaşıb”, - Fefilov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol