Dünyanın bütün ölkələrinin silaha ehtiyacı var. Silahların qiymətləri indi çox yüksəkdir. Amma istənilən halda gətirilən silahlar bizim mövcud sistemimizə ancaq hərbi təlimlər vasitəsilə inteqrasiya edilməlidir.
BUTA.TV xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan deyib.
“Biz isə hərbi təlimlərdə iştirak etmirik. Təlimlər silahlı qüvvələrin peşəkarlığını artırmaqla yanaşı, şəxsi heyətə də ciddi psixoloji təsir göstərir. Bu müddət ərzində Azərbaycan Ordusu yüzdən çox təlimdə iştirak edib, Ermənistan isə heç bir hərbi təlimdə olmayıb. Müxtəlif silahlar alıb, onların mümkün qədər effektiv xidmət etməsi üçün addımlar atmasaq, problemimiz olacaq. Sual yaranır ki, bunu ən effektiv şəkildə necə edə bilərik? Əvvəla, bu, müxtəlif zavodlarla bağlıdır, çünki silah sıradan çıxsa, texniki xidmət göstərməli olacağıq və bu zavodlar olmasa, o zaman ciddi problemlərimiz olacaq. Çünki bir gün silah qırılacaq və ya xarab olacaq, bu, xüsusilə döyüş əməliyyatları zamanı müxtəlif əngəllər yaradacaq. Yəni bu və ya digər silahın alınması ilə bağlı böyük söz danışmaq mənasızdır”, - o bildirib.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir