Rumıniya Türkiyədən “Bayraqdar” pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdən keçirməyi xahiş edib.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan deyib.
“2023-cü ildə Rumıniya bizim “Bayraqdar” TB2 döyüş PUA-larımızdan 18 ədəd alıb. Onların tədarükləri bu il və sonrakı illərdə də davam edəcək. Rumıniyadan bu məhsulların birgə istehsalı üçün müraciəti var”, - o bildirib.
Səfir qeyd edib ki, müdafiə sənayesində bir neçə yarımçıq tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq türk şirkətləri üçün çox vacibdir:
“Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Bu məsələlərin gündəmdə olacağı gözlənilir”.
- Prezident fərman imzaladı
- Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində...
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır
- Metroda nə baş verib? - Video
- Sabiq deputat yeni vəzifəyə təyin edildi
- 16 yaşlı qız qida zəhərlənməsindən öldü