Xəbər verdiyimiz kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən sonra ən geci 10 gün ərzində təsdiq olunması üçün nəticələri Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsi də seçkilərin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.
Konstitusiyanın 103-cü maddəsində isə qeyd olunur ki, prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Nazirlər Kabinetinin yenidən formalaşdırılması müddətinə gəlincə, Konstitusiyaya əsasən, yeni seçilmiş prezident səlahiyyətlərinin icrasına başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir.
Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabineti ən geci fevralın 3-cü ongünlüyündə tam tərkibdə istefaya gedəcək.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir