Moskavada “Prodekspo-2024” sərgisi açılacaq.
BUTA.TV xəbər verir ki, fevralın 5-də Moskvanın “Exposentr” Mərkəzi Sərgi Kompleksində 31-ci Ərzaq Məhsulları, İçkilər və Onların İstehsalı üçün Xammal Beynəlxalq Sərgisi açılacaq.
Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Rusiya Ticarət və Sənaye Palatasının himayəsi ilə təşkil olunan sərgidə Azərbaycan da daxil olmaqla 40 ölkədən 2145 şirkət iştirak edəcək. Miqyasına görə “Prodexpo” dünyanın ən böyük 10 ərzaq sərgisindən biridir.
Qeyd edək ki, ölkəmizin istehsalçı şirkətləri artıq bir neçə ildir sərgidə məhsullarını “Made in Azerbaijan” stendində təqdim edirlər. Azərbaycanda istehsal olunan məhsullar İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə nümayiş olunur. Rusiyalı alıcılara qida sənayesi, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, meyvə şirələri, zeytun yağı, quru meyvələr və sair məhsullar təqdim edilir.
- Sabiq deputat yeni vəzifəyə təyin edildi
- 16 yaşlı qız qida zəhərlənməsindən öldü
- Gəncədə yanğın-taktiki təlim keçirildi - Video
- Dəhşətli qəzada ölən futbolçuların - Fotosu
- “Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşdı
- Cəbi Quliyevə yeni vəzifə verildi – Sərəncam
- Bayramov daha bir baş həkimi işdən çıxardı
- Qobu-Lökbatan yolunda ağır qəza: iki futbolçu öldü