Çoxları birbaşa deyir ki, Konstitusiyaya edilən bu dəyişikliklər Azərbaycanın təzyiqləri ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri fevralın 1-də Ermənistanın İctimai radiosuna müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İstənilən hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək. Təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır.
Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Mən sizə çox kobud bir misal çəkəcəyəm. Təsəvvür edin, biz A nöqtəsindən B nöqtəsinə getməliyik. Gedəndə görürük ki, yolun hər iki tərəfində öküzlər var və biz hamımız qırmızı geyinmişik. Üstəlik, bu qırmızı paltarı mənə artıq həyatda olmayan nənəm tikib. Bu mənim üçün talismandır. Amma biz bu yolla getməliyik. Burada biz birlikdə müzakirə edib qərar verməliyik.
Bu müzakirə müəyyən edəcək ki, biz bu yolla gedəcəyik, ya yox? Bu qırmızı paltarları dəyişib, atıb, kənara qoyub, keçmişimizin bir parçası kimi qəbul edib, fəaliyyət göstərəcəyimiz mühitə uyğun geyinəcəyikmi?
Qırmızı paltarlı versiyada 100% zəmanət verə bilərəm ki, biz bu yolla gedə bilməyəcəyik. Paltarın dəyişməsi seçimində isə mən 100% təminat verə bilmərəm ki, biz bu yolla gedə biləcəyik. Ancaq getməyin yolu ikinci variantdır”, - Paşinyan qeyd edib.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir