Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb

13:42 - 2 Fevral 2024 - GÜNDƏM

 Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb

Ayfon-15 Prodan razı olan istifadəçilərin sayı getdikcə azalır.

BUTA.TV xəbər verir ki, bu barədə “PerfectRec”in Ayfon-15 Pro ilə bağlı dərc etdiyi məlumatlarda bildirilib.

Qeyd olunub ki, Ayfon-15 Pro istifadəçilərinin məmnunluq səviyyəsi Ayfon-13 Pro və 14 Proya nisbətən aşağıdır. Amma Ayfon-15 və 15 Plusdan razı olanların sayı çoxalır.

Hesabat Quqlda istifadəçilər tərəfindən yazılan 700 min rəy əsasında hazırlanıb.

“PerfectRec” 5/5 ulduz reytinqi alan Ayfon-15 Pronun faizini ölçüb. Hər iki modelin satışı sentyabrdan aşağı düşməyə başlayıb. Halbuki sentyabrda satışa çıxarılandan sonra istifadəçilərin 73.5 faizi ona 5/5 ulduz vermişdilər. İndi isə bu faiz 66.1-ə düşüb. Ayfon-15 Proda isə bu göstərici 77 faizdən 72.5 faizə enib. Bunlarla müqayisədə Ayfon 15-in reytinqi 68.2-dən 78.1 faizə, 15 Plusun isə 70 faizdən 73.5 faizə qədər qalxıb.

Hesabatda Ayfon-15 Prodan olan narazılıqların siyahısı da yer alıb.

Batareyanın ömrünün az olması, Ayfon-14 Pro ilə müqayisədə daha az təkmilləşdirmələr, fiziki dizayn və çıxıntılı kamera linzalarından narazılıqlar ilk sıralarda yer alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol