Xankəndi seçkilərə hazırdır - Foto

14:56 - 2 Fevral 2024 - GÜNDƏM

 Xankəndi seçkilərə hazırdır - Foto

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Xankəndi şəhərində hazırlıqlar bitib.

BUTA.TV xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Hazırlıqlarla bağlı fotoreportajı təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol