Yanvarın 10-da dövlət orqanlarında elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 158 namizədlə 159 müsahibənin keçirilməsi planlaşdırılır.
Bu barədə BUTA.TV-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elan üzrə 24 dövlət orqanında mövcud olan 106 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Müsahibələrin fevralın 5-dən martın 12-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
- Bədəninə sancılan dirəklə 16 kilometr yol getdi - Foto
- Yeni sağlamlıq böhranı ilə bağlı - ÜST-dən xəbərdarlıq
- FIFA futbolu nəhəng biznesə çevirmək planını açıqladı - Trampın qohumu rəhbərlik edəcək
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”