2022-ci ilin sentyabr hadisələrindən sonra bazarların bizim üçün bağlandığını gördük. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələri yerində saymadı və silah alışının şaxələndirilməsini təmin etməyi qarşımıza vəzifə qoymuşduq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
"Biz bu istiqamətdə ciddi uğurlar əldə etmişik. Bu, sözün müsbət mənasında geri dönüşü olmayan prosesdir. İndiki proseslər və gələcəkdə müqavilələr ordumuzun silahlarının keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək.
Yeni silah növlərinin alınması həm də hazırlığı, dil bilmək, adaptasiyanı nəzərdə tutur və ordumuz bu yolla gedir. Bu, çox çətin, lakin vacibdir.
Söhbət alınmış silahlardan gedir. Bu prosesdə biz həm də böyük fövqəldövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etmişik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik adını çəkmək istəmədiyim digər tərəfdaşlar da var", - erməni nazir bildirib.
Onun sözlərinə görə, digər tərəfdaşlarla da daxil olmaqla, təlimlərin keçirilməsi Ermənistan üçün də vacibdir.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi