Son zamanlar Ukrayna Prezidenti Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında münasibətlərin kəskinləşdiyi haqda vaxtaşırı məlumat yayılır.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Elxan Şıxəliyev Zalujnı və Zelenski arasında yaşanan gərginliyi şərh edərkən deyib.
O bildirib ki, Ukrayna rəhbərinin ordu qarşısında qoyduğu tapşırıqları yerinə yetirə bilməməsi münasibətlərdə mənfi çalarlar yaradıb:
“Zalujnı siyasi rəhbərlikdən tələb edir ki, strateji hərbi hədəflərə nail olmaq üçün döyüş kompleksləri, xüsusilə də artileriya mərmiləri, raketlər lazımdır. Şəxsi heyətin çatışmazlığı da problemdir. İndi Avropa Birliyi Ukraynaya 50 milyard avro ayrılmasına qərar verib. Bundan sonrakı mərhələdə həmin vəsaitin gəlməsi qoyulan hərbi tapşırıqların yerinə yetirilməsinə dəstək olmalıdır. O dəstəyin köməyi ilə Zalujnı hərbi tapşırıqları uğurla yerinə yetirə bilsə, Zelenski ilə münasibətlərdə dəyişiklik yaranacaq. Əgər yeni yardım da əməliyyatlarda dönüşə səbəb olmasa, Ukraynada müharibənin uğursuzluğunun günahkarı müəyyən ediləcək. Prezident və ya baş komandan - ikisindən biri cavabdeh olmalıdır”.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
O, Zalujnının siyasi ambisiyalı açıqlamarının, xarici mətbuata verdiyi müsahibələrinin də səbəbsiz olmadığını bildirib:
“Düşünürəm ki, Zalujnın əlində olan döyüş imkanlarını bildiyi üçün ehtiyatlanır. Hesab edir ki, bu imkanlarla tapşırıqları yerinə yetirə biləməyəcək və günahkar o olacaq. Bu səbəbdən CNN və digər xarici mətbuat orqanlarına tez-tez müsahibələr verir”.
Ekspertin sözlərinə görə, indiki mərhələdə Zalujnının başqası ilə əvəz olunması ciddi dəyişikliyə səbəb olmayacaq:
“Müharibə gedən bir ölkənin siyasi rəhbərliyi ilə hərbi rəhbərliyi arasında münasibətlərin bu vəziyyətdə olması arzulanan deyil. Bu, hərbi hissənin şəxsi heyətində ruh düşkünlüyü yaradır. Müharibənin iki ilinə az qalmış ordunun baş komandanının əvəzlənməsi meydanda çox şeyi dəyişməz. Əksinə, Zalujnı vəziyyəti bildiyi üçün ona dəstək verilsə, ordunu yenidən səfərbər edib, hərbi tapşırıqları yerinə yetirə bilər. İstənilən halda, bu gərginlik əməliyyatlara mənfi təsir edən amillərdir. Bunun nə ilə nəticələnəcəyini önümüzdəki aylarda görəcəyik”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir