ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır.
Bu barədə BUTA.TV-a daxil olan məlumatda bildirilib.
Qeyd edilib ki, missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir.
Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv besabatları, qeydləri isə dərhal cırılır və atılır.
Məlumdur ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa “missiya” tapşırılıb.
Redaksiyaya daxil olan məlumatda daha sensasiyalı məqam da var: Bildirilir ki, seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra da bunu “polis ATƏT müşahidəçilərinə işləməyə imkan vermədi, onlara qarşı zorakılıq tətbiq etdi” adı altında hesabata daxil etmək və bunu “dünyaya car çəkmək” planlaşdırılır.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi