AB Ukrayna üçün hərbi fond yaradacaq

00:34 - 4 Fevral 2024 - GÜNDƏM

 AB Ukrayna üçün hərbi fond yaradacaq

AB yaxın günlərdə Avropa Sülh Fondu çərçivəsində Ukraynaya yardım üçün hərbi fond yarada bilər.

BUTA.TV xəbər verir ki, bu barədə AB diplomatiyasının rəhbəri Jozep Borrell bildirib.

"Bu gün Ukraynaya hərbi yardımla bağlı əsaslı müzakirələr oldu. Biz döyüş meydanındakı vəziyyəti, hərbi təchizatla bağlı gedişatı, Ukraynaya yardım fondunun yaradılmasını müzakirə etdik, ümid edirəm ki, yaxın günlərdə bu barədə razılıq əldə olunacaq. Ukraynanın daha çox və daha sürətli dəstəyə ehtiyacı var. Bu kömək indi gəlməlidir. Ukraynanın qələbəsi təkcə Ukrayna üçün deyil, həm də Avropada sülh və sabitlik üçün vacibdir”, - diplomat bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol