Zəlzələdən bir il keçməsinə baxmayaraq, hər gedən canımızın ağrısını ürəyimizdə daşıyırıq.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə zəlzələdən zərər görən vətəndaşlar üçün inşa edilən mənzillərin təhvil verilməsi mərasimində videobağlantı ilə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, seçki gündəminin zəlzələ ilə bağlı məsələləri arxada qoymasına icazə verilməyəcək:
“Qaziantep və rayonlarında həlak olan 3 min 904 qardaş-bacımızı və bütün zəlzələ şəhidlərimizi rəhmətlə yad edirəm. Öləni geri qaytara bilmərik, lakin məhv edilənləri əvəz etmək və maddi itkiləri kompensasiya etmək bizim səlahiyyətimizdədir. Bu anlayışla zəlzələ zonasının yenidən qurulması və canlandırılması üçün dayanmadan çalışırıq”.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi