Rusiyada Mi-8 helikopteri radardan itdi

23:58 - 4 Fevral 2024 - GÜNDƏM

 Rusiyada Mi-8 helikopteri radardan itdi

Kareliyada Oneqa gölü üzərində Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri ilə əlaqə itib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Kareliya Respublikasının Prionejski rayonu Derevyannoye kəndi ərazisində əlaqəni dayandırıb.”, - nazirlikdən bildirilib.

Helikopterdə üç ekipaj üzvü var. Axtarış-xilasetmə əməliyyatları təşkil olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol