Moldova daha tez AB üzvü olmaq istəyir

01:10 - 5 Fevral 2024 - GÜNDƏM

 Moldova daha tez AB üzvü olmaq istəyir

Moldova planlaşdırılan 2030-cu ildən tez bir zamanda Avropa Birliyinin (AB) bir hissəsi ola bilər, bunun üçün referendum keçirmək lazımdır.

BUTA.TV xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrossi deyib.

“Bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Hesab edirəm ki, bizim AB-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün (2030-cu ildən əvvəl – red.) mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”, – Qrossi bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol