MN real məlumatları Putindən gizlədir

11:58 - 5 Fevral 2024 - GÜNDƏM

 MN real məlumatları Putindən gizlədir

Rusiyada avtoritar rejim Kremlə Ukraynadakı döyüş meydanında vəziyyətlə bağlı etibarlı məlumat almağa imkan vermir. Rusiya Müdafiə Nazirliyi qəsdən real məlumatları Vladimir Putindən gizlədir, ona yalnız ordunun uğurlarından danışır.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub.

“Buna görə də Rusiya yüksək siyasi rəhbərliyi cəbhəyə gedən hərbi müxbirlərindən və təbliğatçılardan məlumat almalı olur. Putinin avtoritar rejimi sistemli şəkildə Kremlə Rusiyadakı hərbi-siyasi reallıqlar və xüsusən də döyüş meydanındakı vəziyyətlə bağlı dəqiq məlumat almağa mane olur. Təbliğatçı Sergey Kolyasnikov şikayət edib ki, məmurlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı real məlumatları bilərəkdən Putindən gizlədirlər. Rusiyalı təbliğatçılar da şikayət edir ki, Rusiya Müdafiə Nazirliyi müharibə müxbirləri və hökumət rəsmilərinin cəbhə bölgələrinə getməsini faktiki olaraq qeyri-mümkün edib”, - hesabatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol