Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır - Video

13:36 - 5 Fevral 2024 - GÜNDƏM

 Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır - Video

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir.

BUTA.TV xəbər verir ki, Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev Azərtac-a açıqlamasında hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işlərinin görüldüyünü bildirib.

"Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir", - o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol