Saakaşvilinin çəkisi 20 kq artdı

15:52 - 5 Fevral 2024 - GÜNDƏM

 Saakaşvilinin çəkisi 20 kq artdı

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilidə müsbət dinamika, xüsusən də çəki artımı müşahidə olunur.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Xalq Müdafiəçisinin Ofisində keçirilən tibbi məsləhətləşmənin yekununda deyilir.

“Hazırda müsbət bir tendensiya var, bu, çəki artımında və mənfi ortostatik testdə özünü göstərir. Bununla belə, koqnitiv pozğunluq, əzələ zəifliyi, neyropatiya, narahatlıq və depressiya qalır. Xəstənin vəziyyəti hələ də stabil müsbət proqnoza imkan vermir”, - məlumatda deyilir.

Qeyd edək ki, son dövrdə Saakaşvilinin çəkisi 77 kq-a qədər artıb. Keçən ilin martında isə keçmiş prezidentin anası Giuli Alasanya onun çəkisinin kritik həddə - 58 kq-ya düşdüyünü bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol