Güneydə təqaüdçülər etirazlara başladı

18:22 - 5 Fevral 2024 - GÜNDƏM

 Güneydə təqaüdçülər etirazlara başladı

Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölmələrinin binaları qarşısında etiraz aksiyası keçiriblər.

BUTA.TV xəbər verir ki, bu barədə nümayişçilər sosial media kanallarında paylaşım ediblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Onlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol