Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves məhkəmə qarşısına çıxıb.
BUTA.TV xəbər verir ki, 2022-ci ildə Barselona şəhərində yerləşən gecə klubunda bir qadına cinsi təcavüz etdiyi iddiası ilə 13 aydır həbsdə olan 40 yaşlı veteran müdafiəçi növbəti dəfə qanun qarşısında ifadə verib. İlk məhkəməsində belə bir hadisənin yaşanmadığını söyləyən “sambaçı” son ifadəsində isə qarşı tərəfin razılığı ilə bunu etdiyini boynuna alıb.
Dövlət ittihamçısı Dani Alvesə 9 il həbs cəzası, həmçinin zərərçəkən qadına 150 min avro təzminat ödənməsini istəyib.
Qeyd edək ki, Dani Alves karyerası ərzində Kataloniya təmsilçisi ilə yanaşı, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ kimi önəmli klublarının formalarını geyinib.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir