Macarıstan İsveçin NATO-ya üzvlüyünün təsdiqini təxirə saldı

19:26 - 5 Fevral 2024 - GÜNDƏM

 Macarıstan İsveçin NATO-ya üzvlüyünün təsdiqini təxirə saldı

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya üzvlüyü ilə bağlı sazişin ratifikasiyası baş tutmayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkə parlamentindən məlumat verilib.

Məlumata görə, səsvermənin baş tutmamasına səbəb deputatların əksəriyyətinin iclasa qatılmaması olub.

Növbədənkənar iclasın bu ayın sonu baş tutması gözlənilir.

Qeyd edək ki, Macarıstan İsveçin alyansa üzvlüyünü təsdiq etməyən yeganə NATO ölkəsidir. Son olaraq Türkiyə İsveçin alyansa üzvlüyünü ratifikasiya edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol