General Zelenskini tənqid etdi: Zalujnı kimisi tapılmaz!

08:48 - 6 Fevral 2024 - GÜNDƏM

 General Zelenskini tənqid etdi: Zalujnı kimisi tapılmaz!

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Sergey Krivonos Prezident Vladimir Zelenskinin SQ-nin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək istəyini tənqid edib.

BUTA.TV xəbər verir ki, o, V.Zelenskinin qərar verməkdə məsuliyyətli davranmadığını vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində kadrların yenilənməsi mümkün deyil, çünki Zalujnı kimi təcrübəli insanları Ukraynada tapmaq çətindir.

Qeyd edək ki, Zelenski Ukraynada təkcə hərbi sahədə deyil, bütün idarəetmə strukturunda dəyişikliyə ehtiyac olduğunu söyləmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol