Elm və texnologiyanın inkişafı ilə əlaqədar yeni ixtisasların yaranması artıq heç kəsə sirr deyil. Hazırda bir sıra sahələrdə insan əməyindən daha çox süni intellektin imkanlarından istifadə olunur. Bununla bağlı olaraq gənclərin əksəriyyəti peşə və ixtisas seçərkən bu faktorlara daha çox diqqət edir. Bəs görəsən gələcəkdə tələb olunan ixtisaslar hansılar olacaq?
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bütün ixtisasların tədricən informasiya texnologiyalarına inteqrasiya edəcəyini vurğulayıb:
“Dünyada baş verən texnoloji yeniliklər və fövqəladə hadisələr əmək bazarının yeni tələblərini formalaşdırır. Məsələn, məlumdur ki, nə qədər ki, insan var, səhiyyə və tibbə hər zaman ehtiyac olacaq. Amma bu sahə də dövrün tələblərinə uyğun olaraq yeni formata keçəcək. Süni intellekt artıq reseptlər yaza bilir, müayinələr edir. Maliyyə hər zaman olacaq, lakin təkmilləşdirilmiş kompüterlər vasitəsi ilə daha fərqli formada bu cür əməliyyatlar aparılacaq. İnsanlar öz sahələrində uğurlu və gəlirli olmaq istəyirlərsə kompüterin imkanlarından istifadə etməlidir. Gələcəyin peşələri sırasında neft erasının başa çatması ilə əlaqədar alternativ enerji sahələri ilə bağlı yeni ixtisaslar formalaşır. Kənd təsərrüfatı ilə əlaqədar yeni sahələr meydana gəlir. Məsələn, qida təhlükəsizliyi gələcəyin ən prioritet məsələsidir. Yaxın gələcəkdə müəllimləri robotlar əvəz edəcək. Artıq Cənubi Koreya və Sinqapurda ingilis dili fənnini robotlar tədris edir. Tədricən insan əməyini azaldan alternativ resurslar var. “Tesla” şirkəti sürücüsü olmadan belə idarə olunan avtomobillər istehsal edir. İstanbul şəhərində metro vaqonlarının sürücüsü yoxdur. Bu o deməkdir ki, dünya tədricən öz fəaliyyət imkanlarını informasiya texnologiyaları üzərinə qurur. Ona görə gələcəkdə bütün peşə və ixtisaslar maksimum dərədəcə təhlükəsiz mühitə keçirilir. Bu səbəbdən hər kəs heç olmasa öz peşəsi ilə əlaqədar informasiya texnologiyalarından anlayışlı olmalıdır. İnsanlar özlərini bu dəyişimlərə uyğunlaşdırmalıdır. Tarixin bütün dövrlərində bu cür inteqrasiyalar baş verib. Bu gün süni intellekt məqalələr yazır, təsvirləri dizayn edir. Gələcəyin bütün ixtisasları texnologiyaların inkişafı ilə uyğunlaşmalıdır. Səhiyyə, kənd təsərrüfatı, alternativ enerji və 5-ci sənayə mərhələsinin sahələri hər zaman tələb olunan ixtisaslar olacaq”.
Qeyd edək ki, hazırda gələcəkdə hansı bizneslərin daha sərfəli olması sualı da aktualdır. İqtisadçı-ekspert Natiq Cəfərli artıq insanların yenidən ənənəvi bizneslərə qayıtmalı olduğunu qeyd edib:
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
“Dünyada çox ciddi yatırım vasitələri axtarışı başlayıb. Son dövrlər bir çox insanlar biznes vasitəsi kimi valyutalarını koinlərə yatırır. Bu səbəbdən bazara müxtəlif adlarda koinlər daxil oldu. Amma indi görünür ki, insanlar ənənəvi, yəni real aktivlərə geri dönür. Belə desək, əllə tutula bilən, gözlə görünən biznes sahələri yenidən aktuallaşır. Son 10-15 ildə virtual yatırımlar dəbdə olsa da, artıq ənənəvi bizneslərə marağın yenidən artdığının şahidi oluruq. Süni intellekt nə kartof əkəcək, nə də inək sağacaq. Ona görə də insanlar yavaş-yavaş ənənəvi yatırım vasitələrinə geri dönür. Bu sahələr başlıca olaraq, daşınmaz əmlak, istehsalat sahələri, kənd təsərrüfatı və bərpa olunan enerjidir”.
Nazim Hacıyev
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır