“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda yer alan komanda bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. 9-cu dəqiqədə Əli Bəşirov hesabı açıb. Bu qoldan 4 dəqiqə sonra qapıçı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi ilə “Qarabağ”ın üstünlüyü iki topa çatıb.
Oyunda ilk qolun müəllifi olan Əli Bəşirovun vurduğu gözəl qolu xüsusi qeyd etmək olar. Bu qol barədə matçın rusiyalı şərhçisi də müsbət sözlər deyib. O, bir neçə dəfə bunu “əla qol” adlandırıb.
Qeyd edək ki, komanda qrupdakı digər iki matçını sabah keçirəcək. “Qarabağ” öncə “Olimpik”, ardınca BATE ilə qarşılaşacaq.
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu ərazilərə qar yağır - Faktiki hava
- Ağstafaya əlavə qatar reysləri təyin edildi
- Bu şəxslərə birdəfəlik müavinət veriləcək
- Bakıda tuneldə batanlar çörək paylayırmış...
- Bu prospektdə məhdudiyyət tam aradan qaldırıldı
- Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq
- DYP yollarda qabaqlayıcı tədbirlər görür