Zalujnı səfir vəzifəsindən niyə imtina edib?

08:48 - 9 Fevral 2024 - GÜNDƏM

 Zalujnı səfir vəzifəsindən niyə imtina edib?

Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsindən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumatlı mənbəyə istinadən məlumat dərc edib.

Mənbə Zalujnının səfir vəzifəsindən niyə imtina etdiyinin səbəbini də açıqlayıb:

“Zalujnı karyeralı hərbçidir, Ukraynada hərbi vəziyyət olduğu müddətdə o, ordunu tərk edə bilməz”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Qeyd edək ki, ötən gün ölkə Prezidenti Vladimir Zelenski Zalujnını ordunun baş komandanı vəzifəsindən azad edib və onun yerinə quru qoşunlarına komandanı Aleksandr Sırskini təyin edib.

Bu həftənin əvvəlində isə Zalujnının istefası hələ də müzakirə olunarkən, Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko Zalujnının Britaniyadakı səfir postuna razılıq verdiyini bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol