Əslində Şarl Mişelin İlham Əliyevə təbrik zəngində bir çox mesaj var. İlk mesaj odur ki, AB Əliyevin seçkidə qələbəsini tanıyır. Biz aşağı-yuxarı prosesin belə davam edəcəyini təxmin edirdik. Çünki seçkidən öncə və seçki zamanı keçirilən rəy sorğuları, müxtəlif xarici təşkilatların keçirdiyi “ekzit-poll”lar da İlham Əliyevin reytinqinin çox yüksək olduğunu və seçiləcəyini göstərirdi.
Bu sözləri BUTA.TV-a Şarl Mişelin Azərbaycan Prezidentinə təbrik zəngi ilə bağlı danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi AB-nin ölkəmizə münasibətdə AŞPA-dan fərqli siyasi xətt izlədiyini bildirib:
“Qərbin əvvəl tənqid etmək və təbriki yubatmaq kimi adəti var. Ancaq Mişelin atdığı son addım gözlənilməz oldu. Digər bir məqam isə AŞPA ilə bağlıdır. Bu təşkilatda ölkəmizə qarşı atılan son addımlardan sonra cəmiyyətin bir qismi qurumdan tamamilə uzaqlaşmağı, Rusiya və İranla yaxınlaşmağı təklif edirdi, yerdə qalanı isə Azərbaycana sanksiya tətbiq ediləcəyini bildirirdi. Həmin hadisələr zamanı sizinlə söhbətimizdə AŞPA-nın qərarverici deyil, daha çox məşvərətçi orqan olduğunu vurğulamışdıq. Avropanın siyasi qərarlarını və atılacaq addımları AP və AB Şurası müəyyən edir. Mişel də AB Şurasının Prezidentidir. Əgər AB də Avropa Şurası ilə analoji xətt izləsə idi, o zaman münasibətlər daha da gərginləşə, pisləşə bilərdi. Eyni zamanda onun İlham Əliyevdən xahişi AB-nin Brüsseldə sülh danışıqlarının bərpasında maraqlı olmasının təzahürüdür”.
Qeyd edək ki, dünən Şarl Mişel Prezident İlham Əliyevə prezident seçkisində qələbəsi münasibətilə təbrik zəngi edib.
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat
- Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi