Zaxarova Bakıya görə ATƏT-i ələ saldı - Video

15:40 - 9 Fevral 2024 - GÜNDƏM

 Zaxarova Bakıya görə ATƏT-i ələ saldı - Video

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı hesabatını sərt tənqid edib.

BUTA.TV xəbər verir ki, o, bu barədə Rusiya Federasiya Şurasının dövlət suverenliyinin qorunması və ölkənin daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatı şərh edərkən deyib.

O, ATƏT/DTHİB-in hesabatını oxuyub və qısa hesabatdakı “rəqabətsiz mühit”lə bağlı deyilənlərə istehza edib, daha sonra bir şeir parçası ilə hesabat müəlliflərinin ünvanına sərt ifadə işlədərək bildirib:

“Nə edirsən et, nə qədər namizəd olursa-olsun, hansı platformaya, hansı partiyaya sahib olursan-ol, bir şeydən başqa heç nə önəmli deyil – əvvəlcədən müəyyən edilmiş siyasi qərəz. ATƏT/DTİHB-ə bir sualım var: Onlar dövlət üçün kritik bir anda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, heç nə eşitməyiblər. Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol