İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” Baş nazirin ofisinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil:
“Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir”.
Qeyd edək ki, İsrailin Rəfaha hücumu zamanı çoxsaylı mülki itki olacağı barədə dəfələrlə xəbərdarlıq edilib.
- Ərdoğan Bakıdakı paraddan fotolar paylaşdı
- Heydər Əliyevin portreti Bakı səmasında - Video
- Qardaş Azərbaycan xalqı... – Ukrayna səfiri
- İlham Əliyev Hərbi paradla bağlı paylaşım etdi - Foto
- Onlar indi təcridxanada Azərbaycan çayı içirlər... - Prezident
- 1918-ci ildə Bakını işğaldan azad edən Ənvər və Nuru Paşanı...
- Hakan Fidandan Zəfər Günü ilə bağlı paylaşım
- Ərdoğan Bakıdakı hərbi paraddan görüntülər paylaşdı