Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkar edilib.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.
Faktla bağlı araşdırmalar aparılır.
Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
- Habil Əliyevin adı bu məktəbə verildi
- Magistraturaya qəbulun nəticələri açıqlandı
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı