NATO Rusiyadan qat-qat güclüdür, ona görə də...

16:26 - 10 Fevral 2024 - GÜNDƏM

 NATO Rusiyadan qat-qat güclüdür, ona görə də...

NATO hərbi baxımdan Rusiyadan qat-qat güclüdür və buna görə də təşkilat üzvləri onun hücumundan qorxmamalıdırlar.

BUTA.TV xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Bəzi Qərb siyasətçilərinin NATO ölkələrinin Rusiya tərəfindən hücuma məruz qala biləcəyi ilə bağlı bəyanatlarına münasibət bildirən P.Siyarto hadisələrin bu cür inkişafına inanmadığını vurğulayıb:

“Düşünmürəm ki, Rusiya NATO üzvü olan bir ölkəyə hücum etmək riskini alsın. NATO hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür, ona görə də praqmatizm və məntiq hələ də mövcuddursa, mən bu təhlükəni görmürəm, çünki bu, tamamilə məntiqsiz olardı”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol