FİFA prezidenti İlham Əliyevə məktub göndərdi

19:36 - 10 Fevral 2024 - GÜNDƏM

 FİFA prezidenti İlham Əliyevə məktub göndərdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

BUTA.TV xəbər verir ki, təbrikdə qeyd olunur:

"Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin liderliyinizə olan etimadının göstəricisidir.

Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb. Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəksiniz.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istəyirəm. Sizin səyləriniz mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi qəbul edən bir idman növü olduğunu nümayiş etdirir.

Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm", - təbrikdə qeyd olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol