Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd “Naqan” markalı tapança aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto
- Baş nazirdən Kərim Kərimovla bağlı qərar
- Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi
- Tiktoker Müjgan həbs edildi
- Prezidentlə xanımı Qırğızıstana getdi