Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ Prezidentinin köməkçisi vəzifəsinə yüksələcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “Assoşeyted Press” məlumat yayıb.
“Kirbi Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri təyin ediləcək və Amerikanın müxtəlif departamentləri arasında məlumat mübadiləsinə nəzarət edəcək. Onlar MTX-dən ayrı fəaliyyət göstərəcəklər. Bundan əlavə, Kirbi ABŞ Prezidentinin köməkçisinin müavini vəzifəsindən köməkçisi vəzifəsinə yüksələcək. Yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək”, - məlumatda deyilir.
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video