Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu - Kral o posta qadın təyin etdi
Mərakeş Kralı VI Məhəmməd Fatimə Zəhra əl-Mənsurini ölkənin Baş naziri təyin edib.
“BUTA.TV” “Associated Press”ə istinadən xəbər verir ki, bununla da 50 yaşlı əl-Mənsuri Mərakeş tarixində bu vəzifəni tutan ilk qadın olub.
Kral Sarayının açıqlamasına görə, indiyədək şəhərsalma naziri vəzifələrini icra edən əl-Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.
Yeni Baş nazirin koalisiya hökuməti formalaşdıracağı gözlənilir.
Əl-Mənsuri, həmçinin Tunisin keçmiş Baş naziri Nəcla Budendən sonra ərəb dünyasında hökumət başçısı vəzifəsini tutan ikinci qadın olub.
Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO