Tailandda təbii fəlakət: 23 nəfər öldü
Tailandda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 23 nəfər həlak olub.
BUTA.TV “The Nation” qəzetinə istinadla xəbər verir ki, sentyabrın 16-dan ölkənin Banqkok da daxil olmaqla 29 əyalətində leysan yağışları davam edir.
Tailandın Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamentinin (DDPM) məlumatına görə, təbii fəlakət 2,6 milyondan çox insana təsir edib.
Xilasetmə qrupları daşqınlardan zərər çəkmiş ərazilərdə sakinlərin təxliyəsini gücləndirib. Evlərini tərk etmək məcburiyyətində qalan insanlar üçün 200-dən çox müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
Hakimiyyət orqanları yağıntıların intensivliyinin azalacağını gözləyir. Bununla belə, bir sıra ərazilərdə güclü yağışlar, qəfil daşqınlar və torpaq sürüşmələri təhlükəsi qalmaqdadır.
Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO