Rusiya Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl BCM-yə qoşulmaqla bağlı erməni tərəfdaşlarından müəyyən təminatlara ehtiyac duyur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə ki, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həllini tapmayıb və biz bunun həllinə yönəlmişik”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Paşinyan Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsində bildirmişdi ki, Putinin İrəvana gələrkən həbs olunmayacağına təminat verə bilməz.
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video