AB razılığa gəldi: "Aspides" Qırmızı dənizdə işə başladı

20:08 - 19 Fevral 2024 - GÜNDƏM

 AB razılığa gəldi:

Avropa Birliyinin (AB) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə AB-nin “Aspides” adlı yeni dəniz missiyasını başlatmaq barədə razılıq əldə edib.

BUTA.TV xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında bildirilib.

“Bu gün Şura “Aspides” missiyasını işə saldı. Dənizdə təhlükəsizliyin təmin edilmsi üzrə bu müdafiə əməliyyatının məqsədi Qırmızı dənizdə və Fars körfəzində gəmiçilik fəaliyyətinin bərpa edilməsi və qorunmasıdır.

“Aspides” əməliyyatı husilərin 2023-cü ilin oktyabr ayından bəri beynəlxalq kommersiya gəmilərinə qarşı olan çoxsaylı hücumlarının baş verdiyi bölgədə Aİ-nin dəniz varlığını təmin edəcək”, - bəyanatd vurğulanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol