Ermənistan XİN-in Zelenskinin İrəvana səfəri ilə bağlı məlumatı təkzib etməməsi təşviş doğurur. Deməli, bu barədə söhbət var.
Bu sözləri BUTA.TV-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov deyib.
“Bəs o, İrəvana necə gedəcək? Dövr edərək, yoxsa Polşa vasitəsilə? Zelenskinin Ermənistana çatması çox vaxt aparacaq. Hər halda, Zelenski Ermənistana gəlsə və orada dostluq danışıqları aparsa, bu, təbii ki, Rusiya ilə münasibətlərə növbəti zərbə olacaq. Paşinyan Ermənistanın Rusiyanın Ukraynadakı addımlarını əvvəldən dəstəkləmədiyini bəyan etmişdi”, - o bildirib.
Mixaylovun sözlərinə görə, İrəvan Ukrayna və tərəfdaşları ilə öz müstəqil siyasətini qurur:
“Görək, hansı danışıqlar, hansı bəyanatlar olacaq. Moskva bundan sonra İrəvana münasibəti ilə bağlı nəticə çıxaracaq. Nikol Vovayeviç bu oyunun sonunda bəzi ölkələrlə əraziləri bölüşmək məcburiyyətində qalacaq. Onun siyasəti ona gətirib çıxarır ki, Paşinyan və komandası son vaxtlar atdıqları addımların fəlakətini dərk etməsə, yaxın gələcəkdə Ermənistan dövlətçiliyini sonlandıracaq. Bu, Ermənistanı hərbiləşdirmək, eləcə də İrəvanı revanşa hazırlamaq üçün Fransa və digər NATO ölkələri ilə səylərin birləşdirilməsidir. Ermənistanı revanşa hazırlayana qədər heç kim durub gözləməyəcək. Zelenskinin səfəri baş tutsa, bu, Rusiya ilə münasibətlərdə tabutun növbəti qapağı olacaq. Bu kiçik, lakin qürurlu ölkədə hər hansı ərazi münaqişəsi olarsa, Moskva Ermənistana qarşı daha sərt mövqe tutacaq”.
- ABŞ yenidən İranı vurmağa başladı
- Bu avtobusun hərəkət sxemi dəyişir
- Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil - Video
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış
- Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
- İvan Svetliçnıy barəsində qərar verildi