Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov VAZ- 2106 markalı avtomobildə saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Prezident fərman imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda meteor yağışı müşahidə olunacaq
- Prezident onu Naxçıvana başçı təyin etdi
- Ordubada yeni başçı təyin edildi - Sərəncam
- Prezident bu başçını vəzifəsindən azad etdi
- Sədərəkdən Culfaya icra başçısı göndərildi
- Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Video