Bakıda avtobus 8 yaşlı velosipedçini vuraraq öldürdü
Bakıda marşrut avtobusu 8 yaşlı uşağı vurub.
BUTA.TV xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Asdan Hüseynovun idarə etdiyi "İsuzu" markalı marşrut avtobusu velosipedlə hərəkətdə olan 2016-cı il təvəllüdlü Nicat Quliyevi vurub.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.