Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İdarəetmədən çıxan minik maşını yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.