Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.

BUTA.TV xəbər verir ki, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova sentyabrın 28-i dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.