Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli  haqqın.az saytını satıb.

BUTA TV” xəbər verir ki, bu barədə  baş redaktor dünən axşam saatlarında kollektivlə vidalaşıb.

Məlumatda bildirilir ki, Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.

Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı.